Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorluğu dekanlıq və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. Bu barədə Modern.az saytına Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat verilib.
Rektorluq aşağıdakı adları çəkilən kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
“Aktyor sənəti” fakültəsi - dekan (1 yer).
“Sənətşunaslıq” fakültəsi - dekan (1 yer).
“Musiqi sənəti” fakültəsi - dekan (1 yer).
“Rəssamlıq sənəti” fakültəsi - dekan (1 yer).
“Musiqişünaslıq” kafedrası - kafedra müdiri (1 yer).
“Televiziya rejissorluğu” kafedrası - dosent ( 1 yer).
Ərizələrin qəbulu bir aya müddətində aparılacaq.
Modern.az