Modern.az

"ABŞ Fəthullah Güləni ən azı həbs etməlidir"

"ABŞ Fəthullah Güləni ən azı həbs etməlidir"

Dünya

24 Avqust 2016, 22:54

“ABŞ Fəthullah Güləni ən azı həbs etməlidir”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə birgə mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, ən azından ABŞ və Türkiyə arasında cinayətkarların həbsi və verilməsi barədə saziş mövcuddur.

Qeyd edək ki, görüşdə ikili münasibətlərlə yanaşı Suriya və İraq mövzusu, habelə regional məsələlər ələ alınıb.

Cozef Bayden isə vurğulayıb ki, ölkəsinin Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Güləni qorumaq niyyəti yoxdur.

O, amerikalı hüquqşünasların hazırda onun ekstradisiyasına dair sorğu çərçivəsində məhkəmə üçün material toplamaqla məşğul olduqlarını bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok