Modern.az

Bjezinski öldü

Bjezinski öldü

Aktual

27 May 2017, 09:36

ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri, məşhur analitik Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı özünün “İnstagram” bloqunda siyasətçinin qızı Mika bildirib.

“Atam bu gücə sakitcə dünyasını dəyişdi”, - deyə o öz səhifəsində yazıb.

 

Məlumata görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarının birində vəfat edib.

 

Polşa əsilli amerikalı Bjezinski 1977-1981-ci illərdə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışıb. Son illərdə o, Vaşinqtonda Beynəlxalq və strateji tədqiqatlar Mərkəzinin müşahidə şurasının həmsədri idi. 

 

Onun dünya siyasəti və Amerikanın strategiyası ilə bağlı məşhur kitabları var.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok