Modern.az

Avstraliya səfirliyi yaxınlığında partlayış baş verib

Avstraliya səfirliyi yaxınlığında partlayış baş verib

Aktual

2 Mart 2018, 18:28

Kabildə Avstraliya səfirliyinin yaxınlığında partlayış baş verib. Modern.az-ın məlumatına görə, partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alan olmayıb.

 

Avstraliyanın XİN rəhbəri Culi Bişol partlayışın terror aktı olduğunu və səfirlik əməkdaşlarına qarşı planlaşdırıldığını bəyan edib.

Məlumata görə, partlayış avtomobildə quraşdırılmış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Partlayışa görə heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok