Modern.az

30 ölkənin 150 nümayəndəsi Qarabağa toplaşdı - Rəsmi Bakıya qarşı NÖVBƏTİ TƏXRİBAT

30 ölkənin 150 nümayəndəsi Qarabağa toplaşdı - Rəsmi Bakıya qarşı NÖVBƏTİ TƏXRİBAT

Qarabağ

11 Oktyabr 2019, 14:32

Azərbaycanın işğal altındakı torpaqlarına əcnəbi siyasətçilərin qanunsuz səfərləri davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Qarabağda 30 ölkədən 150-yə qədər qonağın iştirak edəcəyi “ProArtsakh” forumu keçiriləcək.

 

Bu gün açılışı olan forumda Avropa parlamentinin yunanıstanlı deputatı Eleni Teoxarus, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, ABŞ-ın Kaliforniya ştatının senatoru Antonio Portatino, Kaliforniya Assambleyasının üzvü Adrian Nazaryan, Los Anceles Şəhər Şurasının üzvü Pol Krikoryan, həmçinin Corciya və Miçiqan ştatlarından nümayəndələr gəlib. Foruma ABŞ-dakı erməni diasporunun bütün təşkilat liderləri, hüquqşünaslar da qatılıblar.

 

“ProArtsakh” forumunun əsas müzakirə mövzusu qondarma rejimin dünyada tanıdılması və ayrı-ayrı ölkələrlə iqtisadi münasibətlərin inkişafıdır.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok