Azərbaycanın işğal altındakı torplaqlarında yaradılmış qondarma rejimin yeni lideri Araik Arutunyan ilk səfərini Rusiyaya edəcək.
Modern.az xəbər verir ki, Rusiyada yaşayan ermənilərin sayının Ermənistanla müqayisə olunacağı səviyyəyə çatdığını deyən separatçı lider oradakı biznesmenlərlə görüşlər keçirəcək.
“Pandemiya ilə bağlı gərginlik bitən kimi ilk səfərim Rusiyaya olacaq. Orada yaşayan erməni biznesmenlərlə görüşəcəm”- deyə Arutunyan deyib.