Modern.az

“Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker

“Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker

Parlament

5 İyun 2020, 11:10

Milli Məclisin plenar iclası başlayıb.

 

Modern.az xəbər verir ki, spiker Sahibə Qafarova iclasa başlamazdan əvvəl bildirib ki, Baş Nazir Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib:

 

"Vətəndaşlar qaydalara əməl etmədiyindən epidemioloji vəziyyət pisləşib. Parlament işçilərindən, deputatlardan Aparatın və İşlər Xidmətinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin qaydalarına əməl etsinlər. Lazımi yerlərdə tibbi maskadan istifadə etsinlər. Prezidentin Tərtərdə maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır. Azərbaycan dövləti bu virusa qarşı bütün lazımi addımları həyata keçirir. Bu gün qısaldılmış iş rejimi müəyyən edilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok