Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 27133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib.
8334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.