Modern.az

Moskvada sərhəddəki gərginliklə bağlı üçtərəfli müzakirə APARILDI

Moskvada sərhəddəki gərginliklə bağlı üçtərəfli müzakirə APARILDI

2 İyun 2021, 22:55

Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin müəyyən ərazilərindəki gərginliyin azaldılması məsələsini müzakirə ediblər.

 

 

“2 iyun tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli konsultasiyaları keçirildi. Burada Ermənistan və Azərbaycanın müəyyən sərhəd bölgələrində vəziyyətin gərginləşdirilməsi yolları müzakirə edildi. İşçi əlaqələrini davam etdirməyə razılaşdıq” -  deyə diplomatik mənbədən TASS-a bildirilib.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok