Modern.az

“Müharibənin başlayacağını dəqiq tarixinə qədər bilirdik” – DTX rəsmisi

“Müharibənin başlayacağını dəqiq tarixinə qədər bilirdik” – DTX rəsmisi

29 Mart 2022, 10:22

“Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək”.

 

Modern.az-ın məlumatına əsasən, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.

 

Onun sözlərinə əsasən, müharibə başlayan dövrdən etibarən DTX vahid orqan kimi öz işini aparmağa, əks-tədbirlərini görməyə nail olub.

 

“Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, - deyə Fuad Rəsulov əlavə edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir