Modern.az

İspaniya futbolçuları azarkeşlərinə unudulmaz anlar yaşatdı - İlham Əliyev

İspaniya futbolçuları azarkeşlərinə unudulmaz anlar yaşatdı - İlham Əliyev

Ölkə

20 İyul 2026, 13:44

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir kİ, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR