Modern.az

Salyanda ağır qəza: 4 nəfər öldü - YENİLƏNİB

Salyanda ağır qəza: 4 nəfər öldü - YENİLƏNİB

Hadisə

20 İyul 2026, 23:17

Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Modern.az xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur.

Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızıdır. 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu isə həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Bununla da qəzada ölənlərin sayı 4-ə çatıb.

***

20:23

Salyanda ağır yol qəzası olub, üç nəfər ölüb, üç nəfər yaralanıb.

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR