Modern.az

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Ölkə

20 İyul 2026, 16:30

Almaniya Azərbaycana yeni səfir təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib.

Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.

Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!