Modern.az

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Hadisə

24 Aprel 2024, 09:59

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.

 

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib.

 

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.


Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok