Modern.az

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşa tələbələri Bakıda

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşa tələbələri  Bakıda

Qarabağ

7 Sentyabr 2010, 12:26

Bu gün Azərbaycan Tələbələr Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Avropa Tələbələr Birliyinin nümayəndələri Gənclər üçün Təhsil Mərkəzində olublar.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 5 nəfərin təmsil olunduğu nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycan Tələbələr Birliyinin  ən yaxın partnyorları ilə daha yaxından tanış olmaqdır.

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşanın milli tələbələr birliyindən olan nümayəndə heyəti ilə görüş zamanı mərkəzdən bilidiriblər ki, Avropada fəaliyyət göstərən tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq onlar üçün böyük əhəmiyyətə malikdir.

 

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok