Ağ Ev administrasiyası 2018-ci maliyyə ilinin büdcəsini Konqresə təqdim edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni büdcə layihəsində xarici ölkələrə yardımın azaldılması nəzərdə tutulub.
Belə ki, Azərbaycana göstəriləcək yardım 2017-cı illə müqayisədə 90% azaldılaraq 1 milyon dollar təşkil edəcək. Gürcüstana yardım 58%, Ukraynaya isə 70% azaldılacaq.
Ermənistana ayrılan yardım 67% azaldılaraq 7 milyon dollar təşkil edəcək.
Vüqar İSMAYILOV