Modern.az

İki bacının bir qardaşı - Qətlə yetirilən əsgərin FOTOSU

İki bacının bir qardaşı - Qətlə yetirilən əsgərin FOTOSU

Ölkə

5 Avqust 2022, 11:20

Bu gün Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla bağlı yeni məlumatlar üzə çıxıb. 

 

Modern.az-ın əldə etdiyi xəbərə görə, 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd sakinidir. İki bacının 1 qardaşı olan Pünhan ötən il hərbi xidmətə yola salınmışdı.

 

Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək.

 

Qeyd edək ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok