Modern.az

Putin koronavirusdan çox qorxur - Prezidentin dostundan maraqlı AÇIQLAMA

Putin koronavirusdan çox qorxur - Prezidentin dostundan maraqlı AÇIQLAMA

1 Fevral 2023, 13:42

Rusiya prezidenti Vladimir Putin koronavirusdan çox qorxur və özünü xarici dünyadan təcrid edib.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin dostu sayılan iş adamı, “Qazprom”un törəmə şirkəti olan “Şimal axını 2”nin direktoru Mattias Varniq  Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində deyib.


Alman iş adamının sözlərinə görə, Putinin koronavirusa yoluxmaq qorxusu ağlasığmaz dərəcədə böyükdür, buna görə o, özünü daim xarici aləmdən qoruyur.

Kremlin rəhbərini demək olar ki, heç kimin görməsinə icazə verilmir və onunla əsas əlaqə telefon və video zənglər vasitəsilə olur.
 

“Mənimlə əlaqə saxlamağa çox çalışır. Ona nəsə deyə bilən yeganə adamam”, - Varniq bildirib.


Eyni zamanda “Şimal axını 2”nin rəhbəri Putinin xəstə ola biləcəyinə dair heç bir əlamət görmədiyini də qeyd edib.
 

Mattias Varniqin sözlərinə görə, Putinlə son görüşü zamanı ona “Sən bu müharibədə qalib gələ bilməzsən. Müharibənin qalibi olmur” deyib. Kreml rəhbəri isə buna etiraz etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...