Modern.az

Naxçıvanda daha bir nazir işdən çıxarıldı - YENİ TƏYİNAT

Naxçıvanda daha bir nazir işdən çıxarıldı - YENİ TƏYİNAT

16 Mart 2023, 09:57

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

 

Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.

 

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

 

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

 

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gəlib.  Ceyhun Cəlilov bu gün kollektivə təqdim ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir