Modern.az

İlham Əliyevin Şarl Mişellə görüşünün detalları - YENİLƏNİB

İlham Əliyevin Şarl Mişellə görüşünün detalları - YENİLƏNİB

Ölkə

14 May 2023, 13:38

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

 

Sonra birgə foto çəkdirilib.

 

Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib.

 

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

 

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

 

***

11:10

 

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

 

Sonra birgə foto çəkdirilib.

 

 

***

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, görüş Aİ-nin mənzil-qərargahında keçirilir.

 

***

10:46

 

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.

 

Modern.az xəbər verir ki, ikitərəfli görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.

 

Saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüşə start veriləcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!