Modern.az

Sosial sahədə hansı işlər görülüb? - Nazir müavini açıqladı

Sosial sahədə hansı işlər görülüb? - Nazir müavini açıqladı

2 İyun 2023, 11:20

2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub.

 

Modern.az xəbər verir ki,   

2018-2023:Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda mətbuat konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

Onun sözlərinə görə, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub.62 min nəfər özünüməşğulluq proqramına cəlb olunub və onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfər isə peşə hazırlığına cəlb edilib.

 

2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.

Bildirilib ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.

 

Qeyd olunan dövrdə Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib.

 

Son beş ildə sosial sahədə geniş elektronlaşma proqramının icra olunduğu, Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir