Modern.az

Qubad İbadoğluna qarşı ittihamlar ağırlaşdırıldı

Qubad İbadoğluna qarşı ittihamlar ağırlaşdırıldı

Ölkə

24 İyul 2023, 15:37

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib.

 

Bildirilir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddəyə əsasən, siyasətçini 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Vəkil qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi