Modern.az

Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçirilir

Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçirilir

Mədəniyyət

Bu gün, 13:30

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, Əməkdar artist Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirilib.

Modern.az xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, bu gün mərhum bəstəkarla Təzəpir məscidində vida mərasimi keçirləcəyi ilə bağlı xəbər vermişdik.

Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçiriləcək
Bu xəbər ilə bağlı
Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçiriləcək
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)