Modern.az

"Praqa razılaşmasına əsasən, sülh müqaviləsi imzalamağa hazırıq” - Paşinyan

Qarabağ

18 Yanvar 2023, 17:14

“Biz çox aydın şəkildə bəyan edirik ki, Praqa razılaşmalarına əsasən, sülh müqaviləsini imzalamağa hazırıq”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Paşinyan çıxışı zamanı həmişəki kimi Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Onun fikrincə, Azərbaycan tərəfindən verilən bəyanatlar sülhün bərqərar olmasına yeni maneələr yaradır.

Paşinyan deyib ki, regionda sabitliyi qorumağın ən yaxşı yolu danışıqlarla həll variantını tapmaqdır.

Baş nazirin sözlərinə görə, indiki şəraitdə ölkənin məqsədləri fəal diplomatiya və dövlət institutlarının gücləndirilməsi, eləcə də sülh gündəliyinə sadiqlikdir.

"İ​lk növbədə fəal diplomatiya işi aparmaq, institusional strukturları gücləndirmək, islahatlar yolundan sapmamaq, sülh gündəliyindən yayınmamaq və ya ondan imtina etmək olmaz”, - Paşinyan bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi