Modern.az

"Jara"nın adı dəyişdirildi

Актуально

6 Aprel 2022, 14:32

25-29 iyul tarixlərində Bakıda keçiriləcək “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest” olaraq dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

 

Bildirilib ki, “Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.

 

Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək. Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Emin var. Festivalda, həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı