Modern.az

Azərbaycanda imam və müəzzin seçimləri keçiriləcək

Azərbaycanda imam və müəzzin seçimləri keçiriləcək

Aktual

25 May 2026, 15:58

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə mərhələsinə 64-ü qadın olmaqla, 230 nəfər müraciət edib.

Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, müsahibənin iyunun 8-9-da keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, iyunun 10-19-nu əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

Bildirilib ki, müsahibələr 62 vakant vəzifə - 18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı üzrə aparılacaq.

Dövlət Komitəsinin yaratdığı Müsahibə komissiyasının aparacağı seçimlər Azərbaycan İlahiyyat İnstitutunda təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.

Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) yerləşdiriləcək.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı