Modern.az

Paşinyan MDB dövlət başçılarının görüşünə gedir

Paşinyan MDB dövlət başçılarının görüşünə gedir

Мир

1 Dekabr 2018, 16:21

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiyaya işçi səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, 5-6 dekabrda baş tutacaq səfər çərçivəsində Paşinyan Avrasiya İqtisadi İttifaqı Ali Şurasının Sankt-Peterburqdakı iclasına və MDB dövlət başçılarının qeyri-formal görüşünə qatılacaq.

 

Bundan başqa, Paşinyan Ermənistan Baş konsulluğunun yeni binasının açılışında iştirak edəcək və yerli erməni diasporasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı