Modern.az

Gənclər evləndikdən sonra niyə kökəlirlər?

Gənclər evləndikdən sonra niyə kökəlirlər?

Ölkə

5 Yanvar 2011, 13:58

Müşahidələr göstərir ki, hər bir gənc qız və oğlan ailə quranadək özlərini formada saxlamağa çalışır. Amma evləndikdən sonra həmin cütlüklər kökəlməyə başlayırlar. Bəs bunun səbəbi nədir?

Məlum olur ki, burada günahkar nə kişi, nə də qadındır. Hər iki tərəf şüuraltı, bilmədən bu prosesi yaşayır.

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, yeni ailə quran cütlüklər ilk 2 il ərzində kilo almaq risqi ilə qarşı-qarşıya olurlar. Beynəlxalq Köklük Təşkilatının apardığı araşdırmaya görə, bunun səbəbi nizamlı həyat, xöşbəxtlik, təzə ailə quran insanlara gələn qonaqlar və onların şərəfinə verilən qonaqlıqlardır.
Evlənmədən əvvəl qadınlar və kişilər yeməklərinə diqqət edir, özlərini formada saxlamağa çalışırlar. Amma ailə qurduqdan sonra tez-tez gələn qonaqların, axşam yeməklərinin sayı artır. Bundan əlavə, “mən evliyəm, xöşbəxtəm, hər şey çox gözəldir…” psixologiyasının gətirdiyi rahatlıq da çox yemək yeməyə səbəb ola bilir.

Belə xöşbəxtlik o qədər də uzun sürmür. Ekspertlər yeni ailə quran qadın və ya kişinin kilo aldıqca qısqanclıqlarının da artığını bildirirlər. Çünki cütlüklərdən biri kilo alanda özünə olan inamı azalır və həyat yoldaşını daha çox qısqanmağa başlayır.

Əgər yeni ailə qurmusunuzsa və sürətlə kökəlməyə başlayırsınızsa, o zaman diqqət edin. Çünki ailədə qısqanclıq və davalar çox yaxında başlaya bilər…

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı