Modern.az

Bakı bələdiyyələri arasında ciddi qarşıdurmalar var

Bakı bələdiyyələri arasında ciddi qarşıdurmalar var

Ölkə

11 Yanvar 2011, 14:12

“Bələdiyyə ərazilərinin dəqiqləşdirilməsi haqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə proses davam etdirilir”.

Bu barədə saytımıza Milli Məclisin Regional məsələlər komitəsindən məlumat verilib.

Məlumatda o da qeyd edilir ki, yaxın bir-iki il ərzində bu məsələ tam başa çatdırılacaq.

“Rayonlarda bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi ilə bağlı elə bir problem yoxdur. Hər şey məlumdur. Mübahisəli məsələ yoxdur. Ancaq paytaxt Bakıda bununla bağlı ciddi problemlər var. Bəzən Bakıda bir bələdiyyə digər bələdiyyənin ərazisini satır və ona sənəd də verir. Bundan sonra isə bir çox problemlər ortaya çıxır. Ancaq xəritə tam hazır olandan sonra bu problemlər də həll olunacaq. Hazırda Bakı şəhər bələdiyyələri arasında ərazi məsələsinə görə ciddi qarşıdurmalar var”-deyə komitədən bildirilib.

Anar

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı