Modern.az

Əli Həsənov: “Müxalifətlə normal dialoqun tərəfdarıyıq”

Əli Həsənov: “Müxalifətlə normal dialoqun tərəfdarıyıq”

Ülke

17 Mart 2011, 18:06

“Dialoq cəmiyyətin əsas tələbidir. Biz müxalifətlə normal dialoqun tərəfdarıyıq”. Modern.az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət partiyaları ilə dialoq perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hakimiyyət həmişə müxalifətlə bir yerdə olub. “Lakin müxalifət düşərgəsi içində bir kəsim var ki, onların maraqları milli dövlət maraqları ilə üst-üstə düşmür. Amma biz onlarla da əməkdaşlıqdan imtina etmirik. Onlarla da əməkdaşlığa məcburuq. Nə etməli? Onlar axı başqa ölkənin vətəndaşları deyillər”-deyən Əli Həsənov bir qədər ironik şəkildə fikrini ifadə edib. Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı