Modern.az

Emin Ağalarov Pol Makkartni ilə birgə xeyriyyə Fonduna qoşulub

Emin Ağalarov Pol Makkartni ilə birgə xeyriyyə Fonduna qoşulub

Ülke

17 İyun 2011, 13:09

Azərbaycanlı müğənni Emin Ağalarovun mahnıları  Rusiya estrada muğənniləri arasında ilk dəfə olaraq Devid Linçin Xeyriyyə Fondunun saytına yerləşdirilib. Modern.az E.Ağalarovun rəsmi saytına istinadən bildirir ki, bu saytda yerləşdirilən mahnıların satılmasından yığılan məbləğ təhsil ehtiyaclarına yönəldilir.

Bu nüfuzlu Fondun saytlarında həmçinin dünya şöhrətli muğənni, əfsanəvi “Bitlz”in unudulmaz ifaçısı Pol Makkartinin mahnıları yerləşdirlirib. Bundan başqa, məşhur ulduzlar Mobi və Piter Qabriel digər meqa-starların hit mahnıları Fondun saytında yer alıb. İndi onlarla bir sırada azərbaycanlı muğənninin adı da sıralanır. 

Devid Linçin Fondu 2005-ci ilin iyulundan fəaliyyət göstərir. Fondun əsas istiqaməti stress və əsəbdən əzab çəkən uşaqğala kömək etməkdir.  Transendental meditasiya usulu ilə tərtib olunan proqramlarda uşaqlara və yeniyetmələrə dərsdənkənar təhsil proqramları öyrədilir. Bundan əlavə Fond narkotiklərə və alkoqoldan aslı olan, depressiyadan əzab çəkən gəncləri dəstəkləyir.

Devid Linç məşhur kinorejissordur. Onun müəllifi olduğu “Tvin Piks” serialı, “Mavi məxmər”, “Daxili imperiya” və “Heçliyə gedən şosse” filmləri çox məşhurdur.

Fondun saytında Tom Ueyts, İqqi Pop, Ben Folds, Meri Hopkin və digər populyar ulduzların mahnıları yer alıb. 

X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı