Modern.az

“Azərsu”dan su istehlakçıları üçün daha bir yenilik

“Azərsu”dan su istehlakçıları üçün daha bir yenilik

Ölkə

20 Sentyabr 2011, 17:48


“Azərsu” Səhmdar Cəmiyyəti yenicə istifadəyə verdiyi internet saytında su istehlakçıları üçün maraqlı xidmətlər təşkil edib. Belə ki, www.azersu.az ünvanlı internet saytında su istehlakçıları “Borclar” bölməsinə daxil olmaqla özlərinin abonent kodunu yazıb sudan istifadəyə görə yaranmış borclarını öyrənə biləcəklər.

“Azərsu” Səhmdar Cəmiyyətinin mətbiat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, , www.azersu.az saytı abonentlər üçün daha bir sıra yeniliklər təqdim edəcək.

İnternet saytında "qaynar xətt” xidməti də fəaliyyət göstərir və hər hansı məsələyylə əlaqədar “Azərsu”yun 961 nömrəsinə zəng vurmaq olar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı