Modern.az

Sabiq deputatın ad günüdür, o vəzifəyə təyin ediləcəyini təkzib edib

Sabiq deputatın ad günüdür, o vəzifəyə təyin ediləcəyini təkzib edib

Ölkə

13 Oktyabr 2011, 11:11

Bu gün sabiq deputat Gültəkin Hacıbəylinin doğum günüdür. Modern.az saytının məlumatına görə, 38 yaşı tamam olub.
Gültəkin Yunis qızı Hacıbəyli 13 oktyabr 1973-cü il tarixində Bakıda doğulub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirib. 40-dək elmi məqalə və tezisin müəllifidir.
İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Bitərəfdir.

1996–2002-ci illərdə Qərb Universitetinin ingilis dili və hüquq kafedralarında müəllim işləyuib. 1995−1997-ci illərdə Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müəllimi olub. 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir.

İki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2000-2005 və 2005-2010-cu illərədə deputat fəaliyyəti göstərib. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub..

Evlidir, 1 övladı var.

Parlamentdə 96 saylı Goranboy-Naftalan seçki dairəsini təmsil etmiş Gültəkin Hacıbəyli çoxlarına məlum olmayan səbəblərdən 2010-cu il 7 noyabr seçkisində iştirak etmədi. Halbuki, bəzilərindən fərqli olaraq onu parlamentin deputatı kimi görmək istəyənlər daha çox idi.

G.Hacıbəyli son parlament seçkilərindən kənarda qaldıqdan sonra mediada onunla bağlı müxtəlif məlumatlar yer almağa başlayıb.  Bu məlumatlarda əsasən sabiq deputata yüksək vəzifə veriləcəyi qeyd olunur. Mətbuat onun gah Diasporla İş üzrə Dövlət Komitəsində, gah da Təhsil Nazirliyində yüksək posta təyin ediləcəyindən, eyni zamanda xarici ölkələrin birinə səfir göndəriləcəyindən bəhs edir.

G.Hacıbəyli isə ad günü ərəfəsində Modern.az saytına qısa açıqlamasında belə məlumatların şayiə olduğunu vurğulayıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı