Modern.az

Sabiq millət vəkilindən “Park İnn” və “Avropa” otelinə sərt ittiham

Sabiq millət vəkilindən “Park İnn” və “Avropa” otelinə sərt ittiham

Country

18 Oktyabr 2011, 09:03

Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər...

Oktyabrın 17-də “Park İnn” otelində “Asiya Dialoqu” İctimai Birliyinin təşkilatçılığı ilə “Mavi Mərmərə ilə azadlığa” adlı beynəlxalq tədbir keçirilməli idi.

Bununla bağlı bir neçə gün əvvəl tərəflər arasında müqavilə imzalansa da, tədbirin keçirilməsinə iki gün qalmış otel bundan imtina edib.

Bundan sonra “Asiya Dialoqu” İctimai Birliyi “Avropa” otelinə üz tutb. Düzdür, burada adıkeçən tədbir keçirilib, ancaq Mavi Mərmərə gəmisində baş verən olayları əks etdirən fotolar rəhbərlik tərəfindən yığışdırılıb.

“Asiya Dialoqu” İctimai Birliyinin rəhbəri, tanınmış jurnalist Sevil Nuriyeva bildirib ki, tədbirdə Mavi Mərmərə gəmisi ilə Qəzzaya humanitar yardım apararkən İsrail hərbçiləri tərəfindən silahlı hücuma məruz qalan şəxslər – qanlı olayların şahidləri də iştirak ediblər.

Milli Məclisin sabiq deputatı Cahangir Hüseynov Azərbaycandakı otellərin bu cür addımlarını Azərbaycanın maraqlaraına qarşı addım kimi qiymətləndirib.

Modern.az saytına açıqlamasında keçmiş deputat deyib ki, tarixin bütün dönəmlərində Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub: “Bu, xalqlar arasında olan münasibətlə bağlıdır. Amma hesab edirəm ki, “Mavi Mərmərə ilə azadlığa” adlı beynəlxalq tədbirin keçirilməsi ilə bağlı yaşanan bu olay milli maraqlarımıza ziddir. Mən bunu pisləyirəm və həmin otellərlə bağlı ölçü götürülməsini istəyirəm. Araşdırma aparmaq lazımdır ki, bu otellər hansı səbəbdən belə bir addım atıblar”.

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı