
Artıq 2011-ci ilin son ayını yaşayırıq. Zövqlə geyininən və modanı yaxından izləyən xanımlar 2012-ci ilin dəbi ilə maraqlanır və qarderoblarını yeniləyirlər. Tezliklə qədəm qoyacağımız qış mövsümü və eləcə də qarşıdakı yaz-yay mömsümünün dəbi barədə tanınmış modelyer Fərxiyyə Xələfova Modern.az saytına ətraflı məlumat verib.
- Fəxriyyə xanım, indi hansı geyimlər daha çox aktualdır?
- Hər şeydən öncə, bir məsələyə diqqət yetirməyinizi istəyirəm. Dəb nə deməkdir?
Dəb müasirlikdir. Qadınların əksəriyyətini özlərininin gözəl görünüb-görünmədikləri, müasir geyinmək problemləri narahat edir. Qeyd etmək lazımdır ki, geyimin estetik rolu hər şeydən əvvəl zahiri mədəniyyətin digər faktorları ilə yanaşı, insanın mənəvi zənginliyini, onun ətraf aləmlə harmonik əlaqəsinin təzahürü deməkdir.
Hazırki dəb geyim üçün konkret nəyisə təklif etmir, əksinə, sərbəst seçimə daha çox üstünlük verir. Bu seçimin əsası da rahatlığı təmin etməkdir. Bu elə bir mövsümdür ki, hər biriniz ən gözəl cizgilərinizi xüsusi olaraq cəlb etdirəsiniz.
Ümumiyyətlə, bugünkü modanın tələblərinə cavab olaraq, geyimdə komfort və xarici effekt görünüşünə nail olmaq lazımdır. Modeli yaratdıqda dizayner əsas iki prinsipə - qeyri-adi formanın axtarışı və yeni materialların istifadəsinə söykənir. Bunun üçün parçanın fakturası da mühüm rol oynayır. Parçanın ornamenti, azacıq da olsa parlaqlıq, yumşaq xovlu və dekorla zəngin, geyimin biçim detalları və.s. önəmlidir.
Modelyerlər də müasir kulinarlar kimi, bütün dünya mətbəxinin reseptlərini öyrənib, axırda özünün ən yeni üslubunu yaradır.
Ənənəvi Şərq-Avropa yaradıcılığı və ya Hindistan, Uzaq Şərq və ya Yaponiya-bütün bunlar rəssam dizayner üçün improvizasiya materialıdır. Bu günkü modanın tələbələri o qədər qeyri-adidir ki, xaraktercə bunların geyimin bir hissəsi olduğu faktdır.
Bu mövsümdə həmişə praktik sayılan şalvarlar aktual olacaq., bununla yanaşı, dəbli geyinən xanımların qarderobunda mövsümün hiti hesab edilən müxtəlif biçimdə ətəklər (yubka) də olacaq. Hansı ki, yeni maraq kəsb edir. Burada ayaqqabı modasının inkişafı da əsasdır. Bu ətəklər dəbdəbəli uzunboğaz çəkmə və tuflilərlə ideal uzlaşma təşkil edir. Kosmopolit tərz modaya dar, ətəyi dizə qədər uzunluqda kostyumla həmahəng, köynək-blüzla və ya ikili geyim növü ilə birlikdə geyinməyi diktə edir.
Dediyim kimi şalvar ətəklər qədər müvəffəqiyyət qazana bilmir. Amma onlara modanın inkişafı ilə əlaqədar, müxtəlif faktur və rənglər, dekorativ detallarla, yəni mürəkkəb formalı kəmərlərlə, zəncir və brelokla və ya onlarsız təlabat arta bilər.
Ətəklər düz və bir qədər aşağıya doğru assimetrik kəsiklər, plissirovka olunmuş detallar və qatlarla, yeni tip olmaqla olacaq.
- Ziyafət geyimlərində nələr dəbdə olacaq?
- İşgüzar kostyum, ziyafət və axşam geyimlərinə gəldikdə, klassika və avanqardın həm də romantik üslubla bir qədər sintezi müşahidə olunur. Sözsüz ki, yeni tendensiyasının əsası olan klassika və romantikanın cizgilərdə və detallarda əks olunmasını da xüsusi qeyd etmək lazımdır. Əsas rolu dekorativ detallar, aksessuarlar, əl işləmələri və.s. oynayır. Yəni dəbdəbəli haşiyə, incə görünüşlü, zövqlü tikmələr (əl ilə) hər bir modeli möcüzəyə çevirir. 2011-ci ilin işgüzar kostyumları daha çox dekorativ detallara üstünlük verir, yəni haşiyə və şifon, müxtəlif əl işləmələri əlavələri də görünüşü bir qədər təmtəraqlı edir.
- Yeni mövsümün dəbli rəngləri hansılar olacaq?
- Geyimdə ən çox məna kəsb edən rəng çalarlarıdır. Rəng seçimində təkcə ona üstünlük vermək lazım deyil ki, üz görünüşlü gözə çarpan olsun, ansamblda bu rəng həm də xarakter, yaş həddi, həmçinin, müasir, öz aralarında uyğunluq təşkil etməlidir. Daha yaxşı olardı ki, rəng uyğunluğu olsun. Məsələn, palto bütün paltar və kostyumlarla, ətək və blüzlar ayaqqabı, əlcək çantalar hər birinə uyğunlaşsın, daha yaxşı olar ki, neytral tonlardan seçilsin. Yəni dəbli görünüşün bir hissəsi aksessuarlardır. Bunlar əl çantaları, şərf və yaylıqlar, kəmər, ayaqqabı, şlyapa, zinyət əşyaları ola bilər.
Mövsümün favorit rəngi ən eleqant rəng yun-qızılı rəngdir. Geyimlərdə ansamblın yüksək keyfiyyətli parçalardan tvid və bukledən hazırlanması bir daha əsas verir ki, moda aləminə eleqantlıq qayıdışı var. Dünyanın bir çox aparıcı dizaynerləri şalvar-kostyunlara üstünlük verirlər. Əgər siz, bütün bunları diqqətlə təhlil edib, qarderobunuzu bu istiqamətlərdə formalaşdırsanız, bunun müasir modanın tələbi olduğunu hiss edəcəksiniz.
- Xanımların görünüşü üçün düzgün seçilmiş makiyaj əsas faktorlardan biridir. İstərdik bir qədər makiyajın yeni tendensiyaları barədə məlumat verəsiniz?
- Bu mövsümdə dəbdə olan barokko stili rəngləri müəyyən edir. Barakko stilində makiyaj gündəlik işgüzar həyat da müvafiqdir. Bu zaman göz qapağı üçün çəhrayı və açıq qəhvəyi kölgəli bioyalardan istifadə etmək məsləhətdir. Tünd sürməyi rəngli kölgəli boyanı isə gözün xarici küncünə və göz qapağının qatına yüngülcə çəkə bilərsiniz.
Ziyafət və bayram makiyajlarını isə parıltısız təsəvvür etmək olmaz. Bu makiyajda siz müxtəlif dekorativ elementlərdən –parıltılardan da istifadə edə bilərsiniz. Əslində bordo-çəhrayı kölgəli boyalar həmişə bayram əhval-ruhiyyəsi yaradır. Bu tonlar üzə təzə görkəm verməkdən əlavə həm də parıltılarla harmoniya təşkil edir.
- Bəs sac düzümləri..?
- Saç düzümünə gədikdə bu xüsusilə original və ekstravaqnt olmalıdır. Müxtəlif bəzək aksessuarları və sancaqlardan istifadə etməklə dəbdəbəli saç düzümləri yaratmaq olar.
Burda əsas yerlərdən birini “qlamur” stili, 40-cı illərdə Hollivud kino ulduzlarının saç düzümləri - tutur. Ancaq həyat tərzi təkcə bayram və ziyafətlərdən ibarət deyil və unutmaq lazım deyil ki, saç düzümü xanımların görünüşlərində əsas faktorlardan biridir. Gündəmin görünüşü üçün uzun düz şəkil almış saç düzümü təbii görünüşü ifadə edən ən aktual görünüşdür. Romantik buruqlar bu günkü dəbdə populyardır. Saçı biqudiylə burduqdan sonra daramağa ehtiyac yoxdur, bu variant universal “oğlansayağı” saç kəsimi heç bir zaman dəbdən düşmür.
Sədaqət SÜLEYMANOVA