Azərbyacan Demokratik Respublikasının devrilməsində xidməti olan bolşeviklər Azərbaycan xalqının tanınmış nümayəndələrinin uyuduğu Fəxri Xiyabanda dəfn olunublar.
Bu insanların qəbirlərini ordan köçürtmək üçün Qarabağ Azadlıq Təşkilatı (QAT) 2011-ci ilin mart ayında Milli Məclisə müraciət edib.
Bu müraciət necə reaksiya verilib?
Modern.az saytı məsələ ilə bağlı QAT-nın sədri Akif Nağıdan münasibət öyrənib. A.Nağı bununla hələlik nəticə olmadığını deyib: “Biz bununla bağlı ötən ilin mart ayında Milli Məclisə müraciət etmişik. Milli Məclisdən bizə 28 may ərəfəsində cavab gəldi ki, bu iş Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tapşırılıb. Həmçinin BŞİH-dən də məktub gəldi ki, məsələ onlara tapşırılıb və dövlət səviyyəsində bu işlə məşğul olurlar. Bu cavabdan başqa heç bir nəticə olmadı. Yenidən mətbuat vasitəsi ilə müraciətimiz oldu, İcra Hakimiyyətinə yazılı müraciət etdik ki, bu məsələ nə yerddə qaldı”.
QAT sədri onu da bildirib ki, bu məsələ qəbirlə bağlı və müsəlmançılığa zidd olduğu üçün digər üsullara əl atmayıblar: “Qarabağ Azadlıq Təşkilatının gəncləri istəyirlər ki, gedib o qəbirləri uçursunlar, qara rənglə rəngləsinlər. Buna mən imkan vermirəm, belə hərəkətlər bizim müsəlmançılığa yaraşmaz. Həmin insanlar dinsiz olsalar da, onlar İslam qayda-qanunları ilə dəfn olunublar. Bu da bizim dini baxıçımızla düz gəlmir. Amma çox təssüflər olsun ki, aidiyyatı qurumlar ləng hərəkət edirlər.
Biz istəyirik ki, ən azı baş daşlarındakı yazıları pozsunlar”.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Modern.az