Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovu artıq Azərbaycanda tanınmış şəxs saya bilərik. Ağakərim kişi təkbaşına erməni səngərinə atılaraq düşmənin canına vəlvələ salan cəsur oğlu Mübarizlə qürür duyur. Tez-tez bu hisslərini mətbuatla da bölüşür. Və artıq uşaqadn-böyüyə hamı onu qəhrəman Mübariz İbrahimovun atası kimi tanıyır.
Bu dəfə Ağakərim İbrahimovun oxşarını tapdıq... Sizcə, Ağakərim İbrahimovu “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz onun oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Ağakərim İbrahimovu oxşarı da Azərbaycanda tanınan simalardandır, telekanallarda onu çox görmüsünüz. Söhbət teatrşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadədən gedir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosenti Aydın Talıbzadə dövri mətbuatda məqalə, esse və rəylərlə, telekanallarda teatrşünas alim kimi çıxış edir
Diqqətlə baxanda Ağakərim İbrahimovla Aydın Talıbzadənin zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində, baxışlarında həddindən çox bənzərlik görmək mümkündür.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

Ağakərim İbrahimov

Aydın Talıbzadə
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/
Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/
Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/
Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/
Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/
Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35675/1/
Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/