Modern.az

Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - AÇIQLAMA

Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - AÇIQLAMA

Ölkə

28 Noyabr 2013, 13:00

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyə bilər. Bunu Modern.az saytına partiya sədri özü deyib.

Əməkdaşımızın “2015-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı” sualın cavabında millət vəkili belə deyib: “Bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm”.

Deputatlıq mandatından imtina etmək niyyətinə gəldikdə, Sabir Rüstəımxanlı bunun heç də siyasi proseslərdən yorulması ilə bağlı olmadığını bildirib:

“Siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm. Yaşımın elə vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsilindən tutmuş, o ölkələrdəki siyasi proseslərə qoşulmasına qədər hər şeyə yardım etmək istəyirəm”.

Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifəsini icra edib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.

2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat seçilmiş Sabir Rüstəmxanlı 23 ildirdi ki, millət vəkilidir.

Namidə Bingöl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı