
Bakı Dövlət Universitetində fakültə dekanların iştirakı ilə tələbələrin problemlərinə dair fövqəladə toplantı keçirilib. Bunu Modern.az saytına açıqlamasında BDU-un mətbuat xidməti də təqdiqləyib.
“Şənbə günü BDU-da iş günü olmadığına görə bu gün dekanların və digər rəhbər işçilərin xahişləri nəzərə alınaraq, Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı müşavirə keçirilib”-deyə BDU-nun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, toplantıda müzakirə əsasında problemlər operativ olaraq həll edilib və bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Həmin tələbələr həftənin 1-ci günü (24 fevral 2014-cü il) fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala bilərlər.
Rektor Abel Məhərəmovun bu gün verdiyi məlumata görə, BDU-da təhsil alan 3200-ə yaxınının akademik borcu var
Modern.az