Modern.az

Son inam

Son inam

Страна

15 Mart 2014, 21:14


Səfurə Çərkəzqızı


Evimi sevirəm!

Həbsxanada son gününü yaşayan birinin AZADLIĞI sevdiyi qədər!

Evim AZADLIĞIMDIR!

Noolsun, bir az darısqaldı?! Ya divar kağızları bir az saralıb, bir az qabarıb, lap elə, qızım balaca əlləriylə üstünə əyri-üyrü xəttlər çəkib... əşyalar bir az nimdaş.., noolsun?!

Mən evimi sevirəm! Hər halıyla... Azadlıq itirməyi bacaranlarındı!

Evim QALAMDIR!

...Məni qonşunun həkətindən, fürsətçinin minnətindən, sözbazların qeybətindən , Allahsızın şərindən qoruyar...

Evim SƏRHƏDİMDİR!

Sərhədin bu üzündə işıq, o üzündə qaranlıq...

Hər gün saxta üzlərdən, yalanlardan, oyunlardan sıyrılıb, evimə sığınaram! Qaranlıqdan qurtularam...

GÜNƏŞ doğar!

-Ana, gəldin?!

Üzüm gülər, onu bağrıma basdımmı, dünya mənim! Saçlarının ətrini qoxladımmı, sevməyə, yaşamağa yenidən gücüm var, demək!

Evimi sevirəm!

Evim son İNAMIMDIR!

...insanlığın hələ ölmədiyinə!

Evim YUVAMDIR!

...MƏN, SƏN, bir də GÜNƏŞ..! Tər-təmiz, yalansız, oyunsuz bir YUVA-BİZİM DÜNYA!

Nə yaxşı, hələ sığınmağa YUVAMIZ var!

...Açarı var, qıfılı var. Pisliklər qapının o tayında qalar..!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı