Modern.az

"Safurə Əlizadə müsabiqədənkənar ali məktəbə daxil ola bilməz"

"Safurə Əlizadə müsabiqədənkənar ali məktəbə daxil ola bilməz"

Ölkə

11 İyun 2010, 12:54

“Safurə Əlizadə müsabiqədənkənar ali məktəbə daxil ola bilməz. Müsabiqədənkənar ali məktəblərə ancaq beynəlxalq müsabiqələrdə 1-ci, 2-ci, 3-cü yerlər tumuş şəxslər qəbul oluna bilər. O isə “Eurovision” mahnı müsabiqəsində 5-ci olub”. Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gun keçirdiyi mətbuat konfransında söyləyib.

Məleykə Abbaszadə deyib: “Səfurə Əlizadənin müsabiqədənkənar ali məktəbə daxil olması haqda qərar mənə daxil olmayıb. Yalnız onu deyə bilərəm ki, Səfurə bizə ərizəsini təsdiq etdirmək üçün müraciət edib. Çünki o ölkədə olmadığı üçün verilən vaxt ərizində ərizəsini təsdiq etdirməyib. Yəqin Norveçdə internet yaxşı işləmirmiş. Hər halda bizə mürəciət edib. Biz də müraciəti müsbət cavablandırdıq. O da digər abituriyentlər kimi imtahanda iştirak etməlidir. Qeyd edim ki, ərizələrin təsdiq etdirilməməsilə bağlı 30 müraciət daxil olub. Bunlardan yalnız 20-nə müsbət cavab verdik”.

M.Abbaszadə onu da əlavə edib ki, ali məktəblərə müsabiqəsiz qəbulla bağlı 30 idmançı , 2 piano ifaçısı, 1 rəssam müraciət edib. “Biz onların sənədlərini yoxlayıb, sonra qəbul edəcəyik. Dünya fənn olimpiadalarının qaliblərindən isə müraciət edən yoxdur”. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı