Modern.az

Mirmahmud Mirəlioğlu: "Əksər seçki dairəsindən namizədlərimiz bəllidir"

Mirmahmud Mirəlioğlu: "Əksər seçki dairəsindən namizədlərimiz bəllidir"

Ölkə

18 İyun 2010, 19:46

İyunun 19-da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti sessiyası keçiriləcək. Bu barədə məlumatı Modern.az-a partiyanın sədri Mirmahmud Mirəlioğlu verib. M.Mirəlioğlunun sözlərinə görə, sessiyada parlament seçkiləri də müzakirə olunacaq. «Əksər seçki dairələrindən namizədlərimiz bəllidir. Bununla belə ayrı-ayrı seçki dairələrindən namizədlərimiz müzakirə olunacaq». M.Mirəlioğlu eyni zamanda partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədlinin mərhum prezident Heydər Əliyevin məzarı önünə əklil qoymasıyla bağlı müttəfiqi olduqları partiyaların narazılığına da aydınlıq gətirib: «Biz bununla bağlı həm müttəfiqi olduğumuz Müsavatla, həm də təmsil olunduğumuz Demokratiya Uğrunda İttifaqla müzakirələr aparmışıq və qərara almışıq ki, bu məsələ partiya daxilində müzakirə olunsun. Bununla da bu məsələ qapadılıb». Bununla belə partiya sədri Ali Məclisinin iclasında Z.Məmmədlinin məsələsinin müzakirə çıxarılacağını istisna etməyib. «Mən hesab edirəm ki, bu, «Borçalı» Cəmiyyətinin sədri kimi onun haqqıdır. Amma partiya üzvləri bunu müzakirə çıxaracaqlarsa, bu da onların haqqı olacaq». 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı