Modern.az

Putin-62: Müəmmalı, mürəkkəb, maraqlı - FOTOLAR

Putin-62: Müəmmalı, mürəkkəb, maraqlı - FOTOLAR

Ölkə

7 Oktyabr 2014, 12:18

7 oktyabr Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. Prezident ad gününü qeyri-iş şəraitində sivilizasiyadan uzaq bir məkanda qeyd etməyi qərara alıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Putin 62 yaşını Sibirin tayqa meşələrində, yaşayış məntəqələrindən 300 kilometr aralıda qarşılayacaq. Səhərisi gün isə prezident Sibir Federal dairəsində işgüzar görüşlər keçirəcək.

Modern.az saytı Vladimir Putinin obyektivin yaddaşına düşən maraqlı məqamlarını təqdim edir.


6-cı sinifə qədər Putin dərslərinə çox da maraqla yanaşmayıb. 7-ci sinifdən isə onun təhsilində ciddi dönüş yaranıb. Bu dövrdən başlayaraq onun gündəliyinə bir dəfə də olsun 3 qiyməti yazılmayıb.


Orta məktəbi bitirdikdən sonra Putin kəşfiyyatçı olmaq arzusuna düşüb və istəyinə uğurla nail olub.


Vladimir Putinlə Lyudmila Şkrebnevanı tanış edən onların ümumi tanışları olub. Həmin dövrdə Lyudmila Şkrebneva təyyarədə stüardessa işləyib.


Putinin anası onun dzyu-do məşqlərinə getməsinin həmişə əleyhinə olub. Oğlunu hər dəfə məşqlərə yola salanda eyni sualı təkrar edib: “Yenə də dalaşmağa gedirsən?”


Rusiya prezidenti belə təəcüblü baxışları ilə hamını təəcübləndirə bilər.


Vladimir Putinin Ukraynanın sabiq baş naziri Timoşenko ilə görüşü. Rusiya prezidenti ehtiraslı baxışlarını gizlədə bilməyib.


Vladimir Putin Valeri Leontevə dövlət mükafatını təqdim etdikdən sonra nədənsə tanınmış estrada ulduzuna əl uzatmaqda çətinlik çəkib.


Vladimir Putin heyvanlara qarşı daha mərhəmətlidir.


And-aman edirlər ki, aralarında heç nə yoxdur.


Putin və Poroşenko. Səmimiyyətin ən qeyri-səmimi təzahürü.


vəziyyətdən çıxış yolu tapan prezident.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı