Modern.az

Fuad Muradov: “Verdiyim vədlərin artıq 50 faizi yerinə yetirilib”

Fuad Muradov: “Verdiyim vədlərin artıq 50 faizi yerinə yetirilib”

Страна

30 Oktyabr 2010, 17:34

Ba­kının mər­kə­zi he­sab edi­lən Sə­bail ilk baxışdan so­sial prob­lem­lə­rin ən az ol­du­ğu ra­yon tə­əs­sü­ra­tı­nı ya­rat­sa da, əs­lin­də bu ra­yo­nun əra­zi­sin­də 20 - ci sa­hə, Ba­yıl, Bibiheybət və Ba­dam­dar qə­sə­bə­lə­ri ki­mi so­sial prob­lem­lə­rin hə­lə də möv­cud ol­du­ğu ərazilər var­. Əl­bət­tə ki, bu is­ti­qa­mət­də hər bir öl­kə və­tən­da­şı döv­lə­tin ic­ra struk­tur­la­rı ilə ya­na­şı, çi­yin-­çi­yi­nə fəa­liy­yət gös­tər­mə­li və möv­cud prob­lem­lə­rin həl­lin­də bir­gə mü­ba­ri­zə apar­ma­lı­dır. Am­ma bu hakimiyyətin üzə­ri­nə dü­şən mə­su­liy­yə­ti əs­la azal­t­ma­ma­lı, ək­si­nə da­ha da ar­tır­ma­lı­dır.

2005 - cı il­də ke­çi­ri­lən par­la­ment seç­ki­lə­ri nəticəsində bəzi gənc na­mi­zəd­lər də mil­lət və­ki­li se­çil­di­lər.  Əha­li­si­nin 2/3 his­sə­si­nə ya­xın bir qis­mi­ni gən­c­lə­rin təş­kil et­di­yi öl­kə­miz­də gənc mil­lət və­kil­lə­ri­nə eh­ti­yac duyulurdu. O zaman seçilən gənc de­pu­tat­lar­dan bi­ri də 29 say­lı Sə­bail seç­ki dai­rə­sin­dən mil­lət və­ki­li Fuad Mu­ra­dovdur.

Deputatın fəaliyyətini araşdıran Modern.az-ın əməkdaşı onun özü ilə də söhbət edib, seçicilərilə də...

Fuad Muradov:

- Seçildiyim gündən müntəzəm olaraq seçicilərimlə görüşürəm. Əminəm ki, bütün seçicilərim bilir, amma əgər məlumatsız seçicilərim varsa, bir daha söyləmək istəyirəm ki, hər həftənin çərşənbə günü Milli Məclisdə seçiciləri qəbul edirəm. Əlaqə məlumatlarını bir daha xatırladıram: www.fmuradov.az , (012) 491-34-49.

İndiyə kimi 1500 seçici ilə bilavasitə Milli Məclisdə və deputat ofisimdə görüşmüşəm. Ayda bir dəfə yerlərdə seçicilərlə görüşürəm. Təxminən yerlərdə 100-ə yaxın görüş keçirmişəm. Telefon, elektron poçt və s. vasitəsilə təxminən 1000-ə yaxın seçici ilə ünsiyyətim olub. Təxminən 1000 nəfərdən rəsmi müraciət almışam, bu müraciətlərin təxminən 47 faizi öz müsbət həllini tapıb, digərləri isə aidiyyəti üzrə qurumlara göndərilib. Ortaq nəticəyə gəlsək, deyə bilərik ki, seçicilərimin təxminən 50 faizi məndən razıdır. Bundan başqa 2500 ailəni qəbul etmişəm və 600 ailənin problemi tam həll olunub.

16 yaşımdan gənclər işi ilə məşğul olmuşam və insanların problemləri, qayğıları ilə yaşamaq mənə tanışdır. Qaçqın düşərgələrinə səfərlər, uşaq evlərində görüşlər, kəndbəkənd insanlarla ünsiyyət, əhalinin ən yoxsul təbəqələrinin problemlərinin həlli üçün çalışmaq, xəstə insanlara, xüsusən də xəstə uşaqlara qayğı – bütün bunlar mənə çox gənc yaşımdan bəllidir. Elə millət vəkilliyinə namizədliyimi irəli sürəndə də məhz üzləşdiyim bu problemlərin daha yüksək səviyyədə həllinə yardımçı olmaq istəyirdim. Bu iş çətin olsa da, millətimizin inkişafı yolunda kiçik bir uğur belə mənim üçün qürur mənbəyidir.

Seçildiyim gündən bəri müntəzəm olaraq seçicilərimlə görüşürəm. «qəbul» üçün seçicilərimin görüşmək istəklərini bildirmələri kifayətdir. Çalışıram ki, seçicilərimlə daha sıx ünsiyyətdə olum, əks təqdirdə onları təmsil edə bilmərəm. Seçicilərimin məlumatı olmadığı halda belə, onların yaşadıqları ərazilərə baş çəkirəm, problemləri ilə maraqlanıram. Seçicilərim ən müxtəlif məsələlərlə bağlı müraciət edirlər: kimi öz şəxsi, ailəvi problemlərinin həlli üçün, kimi Səbail rayonunda mövcud olan problemlərin həlli üçün, kimi də xalqımızın rifahı naminə milli məsələlərlə bağlı.

Həmişə fikirləşirdim ki, parlamentdə daha çox şeyə nail olmaq olar və bu gün də belə hesab edirəm. Məni millət vəkili kimi həmişə düşündürən məsələ seçkidən əvvəl insanlara verdiyim sözlərin və onlara bəslədiyim münasibətin deputat olduğum dövrdə yerinə yetirilməsi və dəyişməməsidir. Sosial məsələlərlə bağlı verdiyim vədlərin artıq 50 faizi yerinə yetirilib. Bundan başqa, mən vəd vermədiyim məsələləri də həll etmişəm. Səbail rayonunda həyata keçirilən bütün sosial humanitar yönümlü layihələrin iştirakçısıyam. Səbail rayonunda bütün qurumlarla birlikdə abadlıq işləri aparılır, su çəkilir, yollar çəkilir, məktəblər təmir edilir, Badamdardakı məsələlər həll olunur.

Gənclər Təşkilatları Milli Şurasındakı fəaliyyətim də gənclərlə, uşaqlarla bağlı olub. Uşaq evlərinə, hospitallara baş çəkmişəm. Bunu seçkiyə görə etməmişəm. 1990-cı illərdən ortalarından gənclər hərəkatındayam və elə bir uşaq evi, xəstəxana, hərbi hissə, hospital yoxdur ki, orda olmayım. Bütövlükdə isə biz səhiyyə, təhsil, ordu quruculuğu məsələlərini nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu, sadəcə kampaniya şəklində olmasın.

Bizim deputatlar mütəmadi olaraq hərbçilərə baş çəkirlər. Mən özüm də müntəzəm şəkildə hərbi hissələrdə oluram. Bizim Badamdar qəsəbəsində hərbi hissəmiz var və mən tez-tez orada oluram, əsgərlərin problemləri ilə maraqlanıram, çalışıram bacardığım köməyi edim.

Səbail rayonunda çoxlu sayda veteranlar yaşayır. Onlar Qarabağın uğrunda vuruşublar. Hazırda diplomatiyamız ərazi bütövlüyümüzün bərpası istiqamətində iş aparır. İtaliya senatı, Almaniya bundestaqı və Avropa Parlamentinin çıxardığı qətnamələrdə Ermənistanın məkrli siyasəti üzə çıxdı. Əlbəttə, bizim də bunda əməyimiz az olmadı.

Fuad Muradovun 5 il ərzində gördüyü işləri öz dilindən eşitdikdən sonra Səbail ərazisini gəzib seçicilərlə də söhbət etmək qərarına gəldik. Hər ünvandan bir seçicini danışdırdıq. Söhbətləşdiyimiz insanların fikirlərini sizə təqdim edirik:

Əsədova Sevil, 163 saylı orta məktəbin tarix müəllimi
(İ. Məmmədov küçəsinin sakini)

- Qarşıdan Milli Məclisə seçkilər gəlir. Biz seçkilərdən çox şey gözləyirik. Ötən dəfəki kimi bu dəfə də bizim namizədimiz Fuad Muradovdur. Onun haqqında deyə bilərəm ki, çox savadlı, dünyagörüşlü bir kadrdır. Onun platforması düşünülmüş şəkildə tərtib olunub.  Orada sosial, tibbi, ekoloji, gənclər siyasəti sahələrinə yer ayrılıb.

Ötən 5 ildə o, biz seçicilər qarşısında daim bizimlə olacağına söz vermişdi. Mən təkcə şahidi olduğunu deyəcəyəm. 38 ildir burda yaşayıram. Bu vaxta qədər heç bir deputat bizim üçün bu qədər işlər görməyib. Mən konkret faktlarla danışacağam. O, hər bir ailəyə, xəstələrə, qocalara qayğı göstərir. Məsələn, mənim həyat yoldaşım xəstədir. Fuad müəllim ona həmişə baş çəkir. Bu mənəvi bir dəstəkdir, bir diqqətdir. Əvvəllər bizim yollarımız bərbad vəziyyətdə idi. İndi isə onun qaldırdığı məsələlərdən sonra bu problem də aradan qalxdı. Uşaqlarımız üçün oynamağa yer yox idi. Fuad müəllimin təşəbbüsü ilə burada park yaradıldı. Aydın Məmmədov, Əlibəyov qardaşları küçələri onun təşəbbüsü ilə abadlaşdırıldı.
Bundan başqa, Cavanşir adlı bir qonşumuz var. İşsiz idi. Onun övladları yüksək balla Tibb Universitetinə daxil olmuşdular. Amma onları oxutmaq üçün imkanı yox idi. Fuad müəllimə müraciət edəndən sonra onun işlə təmin olunması üçün müvafiq qurumlarla əlaqə saxladı və köməklik göstərdi.
Zakir Məmmədov adlı bir əsgərimizin əlində qumbara partlamışdı. Köməkliyi yox idi. Fuad müəllimə müraciət edəndən sonra onun müalicəsi üçün şərait yaradıldı. Odur ki, biz qarşıdan gələn seçkilərdə yalnız Fuad Muradovu dəstəkləyirik.

Firuzə Namazova - 70 yaş
(20-ci sahə, Ö. Nemanzadə küçəsinin sakini)

- Mənim evim heç bir şəraitim yox idi. Fuad Muradova müraciət etdim. Məhz onun təşəbbüsü ilə mənə yeni bir ev tikildi. Mən yaşlı insanam. Yaşlılara qayğı göstərmək dövlətimizin əsas prinsiplərindəndir. Fuad Muradov da bizim deputatımız kimi bütün bayramlarda baş çəkir, bizləri yoxlayır, maddi və mənəvi kömək edir. Digər tərəfdən Fuad Muradov qayğıkeş insandır. 5 il bundan əvvəl bizə verdiyi bütün vədlərinə əməl edib. O, gənc olmasına baxmayaq bütün enerjisini xalqın yolunda xərcləyir. Bu dəfə də namizədliyini dəstəkləyirik və seçkilərdə seçimimiz yalnız Fuad Muradovdur. Digər tərəfdən Fuad Muradov səmimi insandır. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi rəftar edir. Mən hər kəsi Fuad Muradova səs verməyə çağırıram.

Məhəmməd Məhəmmədov
( Əlibəyov qardaşları küçəsinin sakini)

- Mən neft sənayesində 50 il çalışmışam. Ötən 5 ildə Fuad Muradovu dəstəklədik. O, verdiyi vədlərə əməl edib. Bundan başqa nə vaxt müraciət ediriksə bizi qəbul edir və problemimizlə yaxından maraqlanır, həllinə çalışır. Məsələn ötən seçkilərdə yollarımızı düzəltmək üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdi. İndi baxın yollarımız düzəlib. Mən bir seçici kimi artıq seçimimi etmişəm və seçkilərdə Fuad Muradovu dəstəkləyəcəm.

Qasımova Zümrüd
(Elçin Əzizov küçəsinin sakini)

- 15 ildir bu küçədə yaşayıram. Biz keçən 5 ildə Fuad Muradovu deputatımız seçdik. Bundan peşman deyilik. 30 ildir bizim küçədə kanalizasiya problemi var idi. Çirkab sular küçədən axırdı, evlərimizə dolurdu. Lakin Fuad müəllimə bu problemin aradan qaldırılması üçün müraciət etdik. Məhz onun təşəbbüsü nəticəsində bu problem aradan qalxdı. Onun fəaliyyəti bununla məhdudlaşmır. Belə ki, küçəmizə asfalt örtüyü salındı. Çox şükür olsun ki, Fuad müəllim kimi insan bizim deputatımızdır. Bir daha ona səs verəcəyik.

Kərim Məhərrəmov
(Salyan yolu dalan 3 küçəsinin sakini)

- Mən 40 ilə yaxındır ki, bu məhəllədə yaşayıram. İndiyə qədər mənim gördüyüm deputatların içərisində Fuad Muradov yeganə insandır ki, bizimlə daim maraqlanıb. Şəxsən mən və bütüm məhəlləmiz onu dəstəkləyirik. Çünki bütün müraciətlərimiz cavablandırılıb. Problemlərimizin həllində daim səy göstərib. Digər tərəfdən o gəncdir və daha enerjilidir. Bu yaşda onun bioqrafiyasına nəzər salanda çoxlu uğurlarının olduğunun şahidi olmuşuq. Bizim bu küçədə 20-30 il idi ki, yerimək olmurdu. Yollarımız bərbad idi. Lakin Fuad müəllimin təşəbbüsü ilə yollarımız yenidən çəkildi. İndi çox rahatıq. Bütün bu məhəllələrin yol problemi kökündən həll etdi. Bir daha demək istəyirəm ki, o verdiyi vədlərə tam əməl edib. Biz bütün məhəlləmiz seçkilərdə onu dəstəkləyəcəyik və “bir daha Muradov Fuad!” deyəcəyik.

Sarvan Şirinov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor
( Badamdar sakini)

- Mən Azərbaycan Respublikası Milli Məclisində bizim dairədən namizədliyini verənlərdən Fuad Muradovu dəstəkləyirəm. Ona bir gənc kimi böyük hörmətim var. Onun ötən 5 ildə gördüyü işlərə göz qabağındadır. Məsələn, bu Neftçi Veteranlar bağı onun təşəbbüsü ilə əsaslı təmir olundu. Biz boş vaxtlarımızda burda istirahət edirik. Seçkilərdə seçimimiz Fuad Muradovdur!

Naqumanova Rumiya Raşitovna, 162 saylı orta məktəbin alman dili müəllimi
(Xanlar küçəsinin sakini)

- Fuad Muradov verdiyi vədlərə əməl edir. O, bizim gənclərimizə daim diqqət və qayğı göstərir. O, həmçinin bir sıra sosial problemlərin həllinə çalışır. Küçələrimizin asfalt örtüyü dəyişdirilib. Bundan başqa biz ona nə zaman müraciət ediriksə hər zaman bizi qəbul edir. Ona uğurlar arzulayırıq və seçkilərdə dəstəkləyirik.

Müşahidələr belə deməyə əsas verir...

Müşahidələr belə deməyə əsas verir ki, o, d­pu­tat se­çil­dik­dən bu gü­nə ki­mi Sə­bail ra­yo­nu­nun Ba­yıl, 20-ci sa­hə və Ba­dam­dar, Bibiheybət qə­sə­bə­lə­rin­də­ki bir qrup sa­kin­lə­rə mad­di yar­dım­dan tut­muş on­lar­la mü­tə­ma­di gö­rüş­lə­rə qə­dər, xəs­tə, kim­sə­siz, 20 yan­var və Qa­ra­bağ mü­ha­ri­bə­si ve­te­ran­la­rı­nın və şə­hid ai­lə­lə­ri­nin ev­lə­ri­nə baş çək­mək­lə daim öz se­çi­ci­lə­ri­nin içə­ri­sin­də ol­ub və on­la­rın dər­di­nə şə­rik çıxıb.

Bun­dan əla­və, bir qrup sa­kin tə­rə­fin­dən ona ün­van­lan­mış və həl­li tez bir za­man­da va­cib olan xeyli prob­lem­lə bağ­lı əri­zə­lə­rin aidiya­tı üz­rə ic­ra or­qan­la­rı­na gön­də­ril­mə­sin­də və hə­min prob­lem­lə­rin həl­lin­də ya­xın­dan iş­ti­rak edib.

Xü­su­si­lə ağır şə­rait­də ya­şa­yan və xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan in­san­la­rın mən­zil kom­mu­nal prob­lem­lə­ri, su və xü­su­sən də qaz say­ğac­la­rı­nın qu­raş­dı­rıl­ma­sın­da və di­gər bu ki­mi baş­qa prob­lem­lə­rin həl­lin­də bir­ba­şa iş­ti­rak edə­rək hə­min in­san­lar­dan öz kö­mə­yi­ni əsir­gə­mə­yib.

Bu­na mi­sal ola­raq Sə­bail ra­yo­nu əra­zi­sin­də yer­lə­şən İb­ra­him Məm­mə­dov və Lüt­fin Ba­ba­yev, İ.Məm­mə­dov, Y.Mür­sə­lov, Şah­lar Al­lah­ver­di­yev, Ay­dın Məm­mə­dov və xü­su­si­lə as­falt ör­tü­yü­nün tam ya­rar­sız və­ziy­yət­də ol­du­ğu Xan­lar kü­çə­lə­rin­də­ki su bo­ru­la­rı­nın na­saz­lıq­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı­, ka­na­li­za­si­ya sis­te­mi­nin bər­pa­sı­, hə­min kü­çə­lər­də­ki as­falt ör­tü­yü­nün əsas­lı tə­mi­ri­, uzun fa­si­lə­lər­lə yı­ğı­lan məi­şət tul­lan­tı­la­rı­nın in­ten­siv və vax­t­lı-­vax­tın­da tə­miz­lən­mə­si, kü­çə­lər­də­ki işıq­lan­dır­ma sis­te­mi­nin bər­pa­sı ki­mi işləri gös­tər­mək olar.

 

Badamdar qəsəbəsində yaşayan imkansız ailədə...

 

Bibiheybətdə ağır xəstə uşağı olan aztəminatlı ailənin evində...

 

Şəhid Tofiq Məmmədovun anası ilə...

 

Xəstələrə baş çəkərkən...

 

Yaşlı insanlara kömək edərkən...


Orxan ƏLİ
Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı