Modern.az

Bakıda zavod çörəyi yenə bahalaşdı, çəkisi də azaldı...

Bakıda zavod çörəyi yenə bahalaşdı, çəkisi də azaldı...

Страна

29 Noyabr 2010, 18:47


Bir neçə gündür Bakıda çörəklə bağlı möhtəkirlik müşahidə olunmaqdadır. Çörək istehsalı ilə məşğul olan “işbazlar” bu müqəddəs nemətin qiymətini artırıb azaltmaqla, sonra onu yenidən bahalaşdırmaqla sanki əhalinin əsəblərini yoxlayırlar.

Noyabrın 18-də Bakıdakı çörək satışı obyektlərində 30 qəpiklik zavod çörəyinin qiymətini 40 qəpiyə qaldırmışdılar. Çəkisinə isə əl dəyilməmişdi. Noyabrın 20-də “işbazlar” çörəyin qiymətini yenidən 30 qəpiyə saldılar, amma çəkisini azaltdılar - 820 qramadan 520 qrama.

Modern.az-ın müşahidələri göstərir ki, noyabrın 29-dan Bakıda zavod çörəyini yenidən bahalaşdırıblar. Çəkisi azaldılan zavod çörəyi indi 40 qəpiyə satılır.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı