“Böyüməyən uşaqlar” filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupu və "İrəli" İctimai Birliyi tərəfindən hazırlanıb. Media İşçi qrupunun rəhbəri isə Elşad Eyvazlıdır. Qeyd edək ki, filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri, fəlsəfə doktoru Cavanşir Feyziyevdir.
Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M. Məmmədzadədir. Montaj və qrafika isə Asif Əliyevə məxsusdur.