Modern.az

Nazirlər yanvarın 24-də görüşəcəklər

Nazirlər yanvarın 24-də görüşəcəklər

Образование

14 Yanvar 2011, 15:19

Yanvarın 24-də Moskvada  Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bu barədə «Novosti-Armeniya» xəbər yayıb. Erməni mətbuatı xəbəri yayarkən Ermənistanın xarici siyasət idarəsinin rəhbərinə istinad edib.

Xəbərdə bildirlib ki, yanvarın 24-də Moskvada keçiriləcək görüşün təşəbbüskarı Rusiya xarici işlər naziri Sergey Lavrovdur.

Xarici işlər nazirləri sonuncu dəfə ötən ilin noyabrında Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdilər.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı