Modern.az

Rövnəq Abdullayev “Bulla-dəniz” qaz yatağındakı yanğından danışdı

Rövnəq Abdullayev “Bulla-dəniz” qaz yatağındakı yanğından danışdı

Образование

16 Sentyabr 2013, 18:16


Modern.az
xəbər verir ki, jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, “Bulla-dəniz” qaz yatağındakı yanğınla bağlı praktiki işlə məşğul olurlar. “Bu sahədə böyük təcrübəsi olan Hali Bolter” şirkəti işə cəlb olundu”.
ARDNŞ prezidenti onu da qeyd edib ki, ARDNŞ-nın fontana qarşı mühafizə idarəsi var və həmin idarə praktiki olaraq bu işlə məşğul olurlar.

  “Bilisiniz ki, fontan hər dəfə olmur. Sonuncu dəfə fontan 15 il bundan qabaq olmuşdu. “Hali Boter” şirkətinin bu sahədə böyük təcrübəsi var və onlar ildə bir neçə dəfə belə fontanlarda iştirak edirlər. Onların mütəxəssislərini dəvət etdik. Birlikdə proqram tərtib edildi. Hazırda dənizdə işlər görməyə başlayıblar. Köhnə yatağın kənarındakı avadanlıqların, qüllə və yanğına məruz qalmış avadanlıqlar kəsilərək quyunun yanından götürülür. Artıq üç gündür ki, işlər müvəffəqiyyətlə davam edir. Plana uyğun hərəkət icra olunur. Bundan sonra quyunun başına alovun lap yuxarı qaldırılması üçün “düdkeş” keçiriləcək. Hər quyu üçün ayrıca preventir avadanlığı sifariş olunub. Artıq həmin avadanlıqlar Azərbaycandadır. Avadanlıqlar sıxılmağa qarşı yoxlanılacaq və quyu başı təmizlənəndən sonra həmin avadanlığın quyunun üstünə qoyulması prosesi başlayacaq ki, sonra quyunu istismara verə bilək. Çəkilən zəhmətlər əsasən quyunun xilas edilməsindən ötrü idi və çox çətin və mürəkkəb iş oldu. Biz də bu problemi aradan qaldırmağa çalışırıq”-deyə Rövnəq Abdullayev bildirib.   Bulla-dəniz” yatağındakı qaz quyusunda avqustun 17-də qəza baş verib və yanğın başlayıb. Yanğın hələ də  davam edir.
 
Qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.

Gültəkin ƏLƏSGƏR    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı