Modern.az

Əli Əhmədov Baş nazirin hansı sahə üzrə müavinidir? - AÇIQLAMA

Əli Əhmədov Baş nazirin hansı sahə üzrə müavinidir? - AÇIQLAMA

Образование

23 Oktyabr 2013, 15:45


Ölkədə keçirilən 9 oktyabr prezident seçkilərində qalib olmuş prezident İlham Əliyevin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefaya getdi. Bundan sonra hər kəsin maraqla qarşılayacağı məqam yeni formalaşacaq hökümətdə kimlərin qalacağı, kimlərin isə gedəcəyi ilə bağlı idi. Prezident İlham Əliyev 22 oktyabr tarixində imzaladığı sərəncamla yeni hökumətdə bir sıra kadr dəyişikliyinə getdi. Hökümətdə maraqla qarşılanan yeni kadrlardan biri isə Yeni Azərbaycan Partiyasının sədr müavin-icraçı katibi Əli Əhmədovdur. Belə ki, prezidentin müvafiq sərəncamı ilə Baş nazirin müavinlərindən biri Əli Əhmədov oldu. Lakin onun hansı sahə üzrə Baş nazir müavini təyin edildiyi hələ bilinmir.

  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az saytına açıqlamasında bu haqda məlumatlı olmadığını bildirib.

“Hələlik mənə bu haqda heç bir məlumat verilməyib. Buna görə bu haqda heç bir şey deyə bilməyəcəm. Bir az gözləyək, informasiya olan kimi ictimaiyyətə məlumat veriləcək”.  

Lakin Modern.az-a daxil olan məlumata görə, Əli Əhmədov sosial məsələlər üzrə Baş nazirin müavini vəzifəsini icra edəcək.  


Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı