Modern.az

Sabahın hava PROQNOZU - qar yağacaq, şaxta olacaq

Sabahın hava PROQNOZU - qar yağacaq, şaxta olacaq

Образование

1 Fevral 2014, 15:32


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 2-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az qar yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək, küləyin sürəti 7-12 m/san təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 2-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, küləyin sürəti 5-10 m/san təşkil edəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı